Konar Landşaft xidmətləri çərçivəsində “Yaşıl dam” sistemləri tətbiqi təqdim edir:
Ekstensiv “yaşıl dam” sistemləri.
Ekstensiv “yaşıl dam” sistemləri incə torpaq örtüyünə malikdir. Sedum, yosun,ot, çim və az xidmət istəyən və ya heç
xidmət tələb etməyən bitkilər əkilə bilər
Ekstensiv “yaşıl dam” sistemləri.
Ekstensiv “yaşıl dam” sistemləri incə torpaq örtüyünə malikdir. Sedum, yosun,ot, çim və az xidmət istəyən və ya heç
xidmət tələb etməyən bitkilər əkilə bilər. Nisbətən yüngül
sistem hesab olunur. Ekstensiv sistemlər su izolyasiya membran üzərində qoruma rolunu oynaya bilir və su süzülməsini
azaldır. Sistemin yaxşı qalması və örtüyün pozulmaması üçün
ildə iki dəfə (yaz və payızda) baxım edib gübrələmək lazımdır. İqlimə görə suvarma tətbiq olunmalıdır. Üzərində gəzmək
məsləhət görülmür.
İntensiv “yaşıl dam” sistemləri.
İntensiv “yaşıl dam” sistemləri daha qalın torpaq qatına malikdir(15 sm-dən artıq). Bu sistem üzərinə ot, kol bitkiləri və
kiçik ağaclar əkilə bilər. Bu sistemlər üçün bina damlarının
əlavə gücləndirilməyə ehtiyacı vardır. Torpağın dərinliyi və
sulama sisteminin növü əkiləcək bitkinin növünə görə seçilir.
Bu növ sistemlərin üzərində gəzmək olar, hətta kiçik ağırlıqlı
quraşdırmalar da tətbiq etmək mümkündür.
Qarışıq “yaşıl dam” sistemləri. Bu sistemlər İntensiv və
Ekstensiv sistemlərin bir əraziyə birlikdə tətbiqindən ibarət
olub, iki sistemin də xüsusiyyətlərini özündə cəmləyir.